Tramp koronavirusun bitəcəyi vaxtdan danışdı
11.02.2020 06:23 Dünya

Tramp koronavirusun bitəcəyi vaxtdan danışdı

“MediaPost”un xəbərinə görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib. O, Çinin epidemiya ilə professional şəkildə mübarizə apardığını bildirib:

“Çinin yaxın zamanlarda virusu nəzarət altına alacağına inanıram”, - ABŞ prezidenti söyləyib.

Tramp həmçinin iki ölkə arasındakı ticarət razılaşmasından sonra Çinin ABŞ-a hörmət etməyə başladığını vurğulayıb:

“Virusun Çinin ABŞ mallarını almasına təsir edəcəyini zənn etmirəm. Çin virusu məhv etmək üçün çalışır, biz də onlarla ünsiyyətdəyik”.

Xəbərlər departamenti

Gündəm