Tramp üçün son 24 saat: dünyanın gözü ABŞ-da
21.01.2020 09:33 Xarici siyasət

Tramp üçün son 24 saat: dünyanın gözü ABŞ-da

"MediaPost"un verdiyi xəbərə görə, məhməkəmə üçün nəzərdə tutulan tezislər mediaya açıqlanıb.

Qanun layihəsinə görə, Trampın impiçment məsələsində prosesdə müdafiə və iddiaçı olmaqla iki tərəf mübarizə aparacaq. Buna əsasən, Senat çərşənbə günündən etibarən 12 saat işləyəcək və hər iki tərəfə tezislərini hazırlayıb məhkəməyə təqdim etmək üçün 2 gün vaxt veriləcək.

Bu gün toplanacaq Senatın Baş Məclisinin Makkonnelin qanun layihəsini təsdiqləyəcəyi və qəbul edəcəyi gözlənilir.

Trampı müdafiə edəcək heyətə qatılması nəzərdə tutulan respublikaçı millət vəkillərinin adı açıqlanıb. Heyətdə Daq Kollins, Mayk Conson, Cim Cordan, Debi Lesko, Mark Midovs, Li Zelden kimi nümayəndələrin yer alacağı bildirilib.

Xəbərlər departamenti

Gündəm