Trampa İranla bağlı qadağa qoyulur: "Onlar bayram edəcək"
13.02.2020 07:07 Xarici siyasət

Trampa İranla bağlı qadağa qoyulur: "Onlar bayram edəcək"

“MediaPost”un xəbərinə görə, Birləşmiş Ştatların lideri isə qanun layihəsi haqqında “Twitter” səhifəsində yazaraq Senata ismarış göndərib: “İran məsələsində yaxşı işlər görürük və zəiflik göstərmək vaxtı deyil”.

Tramp ABŞ xalqının böyük bir hissəsinin iranlı general Qasım Süleymaninin öldürülməsini dəstəklədiyini qeyd edib: “Mənim əlim-qolum bağlansaydı, İran bayram edəcəkdi”.

ABŞ Prezidenti həmçinin Senatın sözügedən qanun layihəsini qəbul etmə ehtimalına da münasibət bildirib. O, Demokratların Respublikaçılar Partiyasını utandırmağa çalışdığını deyib, buna icazə verilməməsi barədə çağırış edib.

Xəbərlər departamenti

Gündəm