Trampdan Boltona inanılmaz sözlər: "Mən bu axmağı dinləsəydim..."
22.09.2020 09:49 Dünya

Trampdan Boltona inanılmaz sözlər: "Mən bu axmağı dinləsəydim..."

ABŞ prezidenti Donald Tramp noyabr ayında keçiriləcək prezident seçkilərindən öncə Ohayo ştatında seçicilərlə görüşüb.

"MediaPost" xəbər verir ki, Dayton bölgəsində çıxış edən Tramp sabiq milli təhlükəsizlik müşaviri Con Boltona tənqid edərək "mən bu axmağı dinləsəydim, indi beşinci dünya müharibəsindəydik" - deyə qeyd edib.

O, digər tərəfdən demokrat rəqibi Co Bayden haqqında da "Bayden seçkilərdə qalib gəlsə, tarixin ən pis namizədinə qarşı seçkini uduzmuş olacağam. Bayden dəyişməz bir qlobalistdir. Bilirsiniz, qlobalistlər kənarda qaldı. Onlar bu ölkəni məhv etmişdi" deyib.

Dövlət başçısı idarəetmə müddətində ölkəsinin hərbi bazasını da artırdıqlarını vurğulayıb: "hazırda F-35-lərimiz var. Amma siz onları görə bilməzsiniz. Onlar gizlidir".

 

Anara Mikail

Gündəm