Trampdan qalmaqallı iddia: "ÜST virusla bağlı çox şeyi bilir"
16.04.2020 08:52 Dünya

Trampdan qalmaqallı iddia: "ÜST virusla bağlı çox şeyi bilir"

"MediaPost" xəbər verir ki, Tramp bu barədə Ağ Evdə keçirdiyi mətbuat konfransında fikirlərini bölüşüb.

O bildirib ki, virusla bağlı apardığımız mübarizənin nəticələrini yavaş-yavaş görürük:

"Nyu Yorkda yeni yoluxmaların sayında azalma müşahidə edilir. Detroit və Denverdə sabitliyə nail olunub. Vaşinqton, Baltimor kimi bölgələrdə də irəliləmələr var. Virusla bağlı mübarizəmiz davam edir, yoluxma sayında zirvəyə çatmışıq".

Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) verdikləri vəsaiti dayandırdıqlarını xatırladan Tramp qurumun pandemiya ilə əlaqədar faktiki səhlənkarlıq və örtbasdır meyillərini araşdırdıqlarını söyləyib:

"Nə baş verdiyini anlamağımız çox vaxt apardı. Ancaq ÜST-ün dünyada nə baş verdiyini bildiyi ilə bağlı içimdə bir hiss var. Onlar ölkələrin sərhədlərini virusa qarşı qorumaqda uğursuz oldular. Bu böyük səhv idi və bəlkə də heç səhv deyil, ÜST çox şeyi bilirdi. Bu qurum Çinin piyonudur (oyuncağı) və onlar üçün çalışır".

Xəbərlər departamenti

Gündəm