Trampın planını zibil qabına atdı: Səddam və Qəddafinin aqibəti gözləyir? - VİDEO
12.02.2020 07:42 Dünya

Trampın planını zibil qabına atdı: Səddam və Qəddafinin aqibəti gözləyir? - VİDEO

“MediaPost”un xəbərinə görə, onun bu addımı ərəb dünyasında məmnuniyyətlə qarşılansa da, bəzi səudiyyəli yazıçılar və jurnalistlər tərəfindən kəskin tənqid edilib.

Misirli Raid Məhəmməd Qanimin bu hərəkətilə planı qəbul edən bütün ərəb liderlərinin hörmətini tarixin zibilliyinə atdığını yazıb.

Səudiyyə Ərəbistanlı yazıçı Əl-Hamis Qanimi sözügedən hərəkətinə görə sabiq İraq lideri Səddam Hüseynlə müqayisə edib. S.Hüseynin sənədləri cırdığını, ABŞ-ın ünvanına pis sözlər söylədiyini və hər iclasda şou göstərdiyini deyən yazıçı, onun sonunun başlanğıcından daha faciəli olduğunu bildirib.

Səudiyyəli jurnalist Ədvan əl-Ahməri isə Qanimin üslubunu Liviyanın devrilmiş lideri Müəmmar Qəddafiyə bənzədib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp 28 yanvarda Ağ Evdə İsrailin baş naziri Benyamin Netanyahu ilə birgə keçirdiyi mətbuat konfransında Yaxın Şərqlə bağlı “Əsrin sazişi” sülh planını ictimaiyyətə açıqlayıb.


Xəbərlər departamenti

Gündəm