Trampın qorxduğu başına gəlmədi - Haqqında qərar verildi
01.02.2020 09:03 Xarici siyasət

Trampın qorxduğu başına gəlmədi - Haqqında qərar verildi

“MediaPost”un xəbərinə görə, səsvermədə 2 səs fərqlə Birləşmiş Ştatların liderinin lehinə qərar qəbul edilib.

Senatorların 51-i yeni şahid çağırılmasına “yox”, 49-u isə “hə” deyib.

Sözügedən səsvermə Ağ Evin Milli Təhlükəsizlik üzrə müşaviri Con Boltonun Ukrayna məsələsindəki ifadəsini dinləmək məqsədilə məhkəməyə çağrılmasını tələb edən Demokratlar üçün əhəmiyyətli məğlubiyyət sayılır.

Xatırladaq ki, “New York Times” qəzeti Con Boltonun yeni nəşr olunacaq kitabında Trampın siyası rəqibi Co Bayden və oğluna qarşı istintaq başlanana qədər Ukraynaya hərbi yardımı dayandırmaq istədiyini yazdığını iddia etmişdi. ABŞ prezidenti isə yayılan məlumatlarla bağlı təkzib vermişdi.

Billurə Yunus / “MediaPost”

Xəbərlər departamenti

Gündəm