"TRT" yanlışlığa görə üzr istədi və əməkdaşlarını işdən çıxardı
06.11.2020 11:58 Dünya Qarabağ Azərbaycandır

"TRT" yanlışlığa görə üzr istədi və əməkdaşlarını işdən çıxardı

"Azərbaycan mülki vətəndaşlara hücum edir" altyazısı səbəbilə tənqid olunan "TRT" Azərbaycan xalqından üzr istəyib və səhvə yol verən əməkdaşlarını işdən qovub.

"MediaPost" xəbər verir  ki, bu barədə telekanal rəsmi məlumat yayıb.

“TRT 27 sentyabr 2020-ci il tarixində Ermənistanın Azərbaycanda mülki şəxslərə hücumu ilə başlayan hərbi əməliyyatların ilk günündən bəri bölgədən süjetlər hazırlayır. Azərbaycan dövlət rəsmiləri "TRT"nin uğurlu yayımını və dəstəyini həm şifahi, həm də sosial mediada təşəkkür mesajları ilə cavablandırıb. "TRT" xəbər kanalımızda müharibə cinayətləri törədən işğalçı Ermənistanın mülki vətəndaşlara etdiyi hücumlar barədə süjet gedərkən ekranda altyazı göstərilib. Səhv dərhal düzəldilib. Yayım siyasətimizə və vermək istədiyimiz mesajlara tamamilə zidd olan bu səhv üçün üzr istəyirik", - deyə açıqlamada bildirilib.

Anara Mikail

Gündəm