Tural Gəncəliyev: "Girovların birdəfəlik Azərbaycan tərəfinə təhvil verilməsinin tərəfdarıyıq"
28.12.2019 09:35 Daxili siyasət

Tural Gəncəliyev: "Girovların birdəfəlik Azərbaycan tərəfinə təhvil verilməsinin tərəfdarıyıq"

"MediaPost"-un APA-ya istinadən verdiyi məlumata görə, bu sözləri jurnalistlərə açıqlamasında Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Tural Gəncəliyev deyib.

Onun sözlərinə görə, təəssüf ki, erməni tərəfi azərbaycanlı girovların ölkəmizə qaytarılmasından imtina edir: "Erməni tərəfi bildirir ki, orada saxlanılan azərbaycanlıların yaxınları ilə görüşdürülməsini təmin edə bilərlər. Lakin biz onların görüşdülməsinin yox, birdəfəlik Azərbaycan tərəfinə təhvil verilməsinin tərəfdadıyıq. Ermənistan tərəfi bizim həmvətənlərimizi qanunsuz şəkildə saxlayır. Öz doğma torpaqlarını, ata-babalarının məzarlarını ziyarət edən şəxsləri cinayətkarcasına yaxalayıb. Mesajımız budur ki, tezliklə girovlarımızı geri qaytarsınlar".

"MediaPost"

Xəbərlər departamenti

Gündəm