Turist daşıyan avtobus qəzasında yaralananlardan biri öldü - VİDEO
26.01.2020 09:29 Gündəm

Turist daşıyan avtobus qəzasında yaralananlardan biri öldü - VİDEO

“MediaPost” xəbər verir ki, FHN-in "112" qaynar telefon xəttinə İsmayıllı rayonunda “Mercedes” markalı sərnişin avtobusu və “VAZ” markalı minik avtomobili toqquşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “VAZ” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 2 nəfərin meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Oxu: Bakıdan çıxan turist avtobusu qəzaya düşdü: ölən və yaralananlar var - FOTOLAR


TƏBİB-dən "MediaPost"a verilən məlumata görə, hadisə nəticəsində xəsarət alanlardan daha bir nəfər dünyasını dəyişib: "Hadisə nəticəsində "VAZ 21006" markalı avtomobildə olan iki nəfər hadisə yerində dünyasını dəyişib, iki nəfər isə xəstəxanaya aparılıb. Həmin sərnişinlərdən olan uşaq xəstəxanaya çatdırılanda dünyaslnı dəyişib. Hadisə nəticəsində xəsarət alan digər sərnişinlərə ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıblar. Hazırda xəstəxanada 4 nəfər müalicə alır, vəziyyətləri nirmaldır".


Xəbərlər departamenti

Gündəm