Turist üzərinə oturduğu heykəlin barmaqlarını qırdı
04.08.2020 13:22 Gündəm Dünya

Turist üzərinə oturduğu heykəlin barmaqlarını qırdı

İtaliyanın öndə gələn neo-klassik heykəltəraşlarından olan Antonio Kanovanın “Paolina Borghese” heykəlinin üzərinə oturan bir turist heykəlin ayaq barmaqlarını qırıb.

“MediaPost” xəbər verir ki, Kanovanın 1757-ci ildə doğulduğu qəsəbədə adına açılan “Antonio Canova Gypsotheca” muzeyindən verilən açıqlamada hadisənin ötən cümə günü baş verdiyi və sözügedən turistin muzeydən qaçdığı qeyd olunub. 

Verilən məlumata görə, təhlükəsizlik əməkdaşları heykəlin zərər gördüyünü bir neçə dəqiqə sonra anlayaraq siqnalizasiya sistemini işə salıb. Kamera görüntülərinə baxdıqdan sonra isə heykələ zərər verən avstraliyalı turistin kimliyi məlum olub.

İtaliyanın tanınmış sənət tənqidçilərindən Possagno Kanova Fondu direktoru Vittorio Sqarbi “şüursuz barbar” deyə xarakterizə etdiyi turistin ölkəsinə qayıtmadan tapılması və cəzalandırılması üçün çağırış edib. 

 

Xəbərlər şöbəsi

Gündəm