“Türk axını” ilə bağlı mərasimdə Azərbaycanı Energetika naziri təmsil edir
08.01.2020 08:27 Daxili siyasət

“Türk axını” ilə bağlı mərasimdə Azərbaycanı Energetika naziri təmsil edir

Bu barədə “Report”a Energetika Nazirliyindən məlumat verilib.

Bu gün İstanbulda keçirilən mərasimə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinlə yanaşı, bır sıra ölkənin yüksək səviyyəli hökumət nümayəndələri də qatılacaq.

Qeyd edək ki, “Türk axını” layihəsi üzrə tikinti işlərinə 2017-ci ildə başlanılıb. “Turk axını” qaz kəmərinin Qara dənizdən keçən qoşa xəttinin uzunluğu 930 km-dir. Boru kəmərinin birinci xətti Türkiyə bazarı üçün, ikincisi - Cənubi və Cənub-Şərqi Avropa ölkələrinə qaz tədarükü üçün nəzərdə tutulub. Xətlərin hər birinin ötürücülük qabiliyyəti 15,75 mlrd kubmetrdir.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm