Türk əsgərlərinə hücumla bağlı Rusiyadan ilk açıqlama
11.02.2020 10:43 Xarici siyasət

Türk əsgərlərinə hücumla bağlı Rusiyadan ilk açıqlama

Ötən gün Suriyada hakimiyyət qüvvələrinin türk əsgərlərinə hücumu nəticəsində 5 əsgərin həlak olduğu bildirilib.

"MediaPost" xəbər verir ki, bu gərginliklə bağlı Rusiya ilk açıqlamasını verib.

Kremlin sözçüsü Dimitri Peskov İdlibdə yaşanan hadisədən narahat olduqlarını açıqlayıb: "Ən qısa zamanda vəziyyətə əl qoyulacaq. Biz çox narahatıq".

Peskov həmçinin Rusiya və Türkiyə liderlərinin bir araya gəlməsi məsələsi ilə bağlı da fikirlərini bölüşüb: "Prezidentlərin bir araya gəlməsi ilə bağlı hələ konkret bir plan yoxdur, lakin Rusiya bu məsələni gündəmdə saxlayıb".

Xəbərlər departamenti

Gündəm