Türk əsgərlərinə hücumdan sonra Suriyadan ilk açıqlama
04.02.2020 09:09 Xarici siyasət

Türk əsgərlərinə hücumdan sonra Suriyadan ilk açıqlama

"MediaPost" xəbər verir ki, açıqlamada Suriya hökuməti Türkiyə tərəfini günahkar görüb.

Türkiyəyə ağır ittihamlar səsləndirən Suriya Xarici İşlər Nazirliyi Ankaranı "işğalçı" adlandırıb.

Suriyanın “al-Watan” qəzetinə danışan xarici işlər nazirinin köməkçisi Faysal Miqdad Türkiyəni aralarında əldə olunan razılaşmanı kobud şəkildə pozmaqda ittiham edib.

"Türkiyə əldə olunan razılaşmaya uymur. Razılığa əsasən, onlar bizim torpaqlarımıza bu şəkildə girə bilməz" – deyə Miqdad qeyd edib.

Türkiyənin Suriyada apardığı əməliyyatlardan sonra orada bayraqlarını sancmasını və türk məktəblərinin açmasını qınayan Miqdad "Onlar müstəmləkə siyasəti yeridir, daxli işlərimizə qarışır" - deyə bildirib.

Feysal Mikdad....

Xəbərlər departamenti

Gündəm