Türk hərbçiləri Naxçıvanda gəzintidə - FOTOLAR
10.08.2020 18:16 Gündəm Cəmiyyət

Türk hərbçiləri Naxçıvanda gəzintidə - FOTOLAR

Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə təlimlərində iştirak edən Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının istirahət günlərində gəzintiləri davam edir.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən “MediaPost”a bildirilib ki, gəzintilər çərçivəsində qonaqlar Naxçıvan Muxtar Respublikasının tarixi-mədəni yerləri və muzeyləri ilə tanış olublar.

Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçuları Heydər Əliyev Muzeyini, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksini, Duzdağ Fizioterapiya Mərkəzini ziyarət edərək zəngin təəssüratlar əldə ediblər.

Türk hərbçilər Naxçıvanda gəzintidə -  FOTOLAR

Xəbərlər şöbəsi

Gündəm