Türk nazir Bakının işğaldan azad olunması ilə bağlı paylaşım edib - FOTO
15.09.2020 12:11 Xarici siyasət

Türk nazir Bakının işğaldan azad olunması ilə bağlı paylaşım edib - FOTO

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu 15 sentyabr - Bakının işğaldan azad olunmasının 102-ci ildönümü ilə bağlı paylaşım edib.
 
"MediaPost"un xəbərinə görə, Türkiyə XİN başçısı bu barədə "Twitter" hesabında paylaşıb.
 
"Nuri Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsinin 102-ci ildönümündə müqəddəs şəhidlərimizi rəhmətlə anıram. Eyni ruh və inancla bu gün Azərbaycanla çiyin-çiyinə, bir ürəyik. Odlar yurduna salam olsun!", Mövlud Çavuşoğlu qeyd edib.

Xəbərlər şöbəsi

Gündəm