"Türk PUA-ları Ermənistanın radar sistemlərini, zirehli texnika və istehkam qurğularını məhv edib"
22.02.2021 13:50 Dünya Qarabağ Azərbaycandır

"Türk PUA-ları Ermənistanın radar sistemlərini, zirehli texnika və istehkam qurğularını məhv edib"

Türkiyənin ilk yerli və milli “Bayraktar TB2” PUA-sı 300 min uçuş saatını uğurla başa vuraraq rekorda imza atıb.

"MediaPost" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə “Baykar” şirkətinin rəhbəri Səlcuq Bayraktar "Twitter" hesabında məlumat verib.

O, paylaşımında "Fırat Qalxanı, Zeytun Budağı, Pəncə, Şərqi Aralıq dənizi, Sülh Pınarı, Bahar Qalxanı, Tək Vətən, Daxili Təhlükəsizlik Əməliyyatları və bütün humanitar yardım missiyaları ..."BayraktarTB2" 300 min saat keçdi! İnşallah milyonlara...#Milli Texnologiya Hərəkatı", - deyə qeyd edib.

Bununla yanaşı "Baykar" şirkətindən verilən məlumatda hazırda Türkiyə, Ukrayna, Qətər və Azərbaycan ordularının silahlanmasına daxil edilən 160 “Bayraktar TB2” PUA-sının xidmət göstərdiyi bildirilib: “Əldə edilən razılaşmalar çərçivəsində “Bayraktar TB2” PUA-sı Ukraynaya, daha sonra isə Qətər və Azərbaycana ixrac edilib. “Bayraktar TB2” PUA-sı Qətər, Suriya, Ukrayna və Qarabağda isti səhra, soyuq, qar və fırtınada xidmət aparmaqdadır”. 

Məlumatda həmçinin “Bayraktar TB2” PUA-sının Azərbaycanın təxminən 30 ildir işğal altında qalan Qarabağ bölgəsinin azad edilməsində vacib rol oynadığı vurğulanıb: “Azərbaycan Ermənistanın işğalı altında olan Dağlıq Qarabağın azad edilməsi üçün 27 sentyabr 2020-ci il tarixdə əks-həmlə əməliyyatına başlayıb. 44 gün sonra 10 noyabr 2020-ci il tarixində Azərbaycan Ordusu Ermənistanın işğalına son qoyaraq Dağlıq Qarabağı nəzarətə götürüb. Vətən müharibəsində Azərbaycan Ordusu tərəfindən “Baykar” tərəfindən milli və xüsusi olaraq inkişaf etdirilən “Bayraktar TB2” PUA-sı bütün cəbhə boyu istifadə olunub. Hərbi ekspertlərin araşdırmalarına görə, “Bayraktar TB2” PUA-sı Ermənistan ordusuna məxsus hava hücumundan müdafiə sistemlərini, radar sistemlərini, tankları, zirehli texnikaları, yük maşınlarını, cəbhəxanaları, istehkam qurğularını məhv edib. Azərbaycan Ordusunun dünyanı heyrətə gətirən bu uğuru dünya mediası və ekspertlər tərəfindən türk PUA-larının hərb tarixini dəyişdirəcək gücə çevrildiyi vurğulanıb”.

Anara Mikail

Gündəm