"Türk sülhməramlıları ilə bağlı qərarı sadəcə Azərbaycan verə bilər" - Şevçenko
13.11.2020 14:15 Dünya Qarabağ Azərbaycandır

"Türk sülhməramlıları ilə bağlı qərarı sadəcə Azərbaycan verə bilər" - Şevçenko

"Ermənistan kasıb, viran bir ölkədir və tamamilə beynəlxalq aldatmacalardan və lobbiçilərdən asılıdır".

"MediaPost" xəbər verir ki, bunu "Эхо Москвы"a müsahibə verən jurnalist Maksim Şevçenko söyləyib.

"Bölgədə mədəni muxtariyyət olacaq. Qarabağda türk sülhməramlılardan nə qədər əsgərin olacağına sadəcə Azərbaycan qərar verə bilər. Bu onun suveren hüququdur", - deyə Şevçenko bildirib.

O, Naxçıvan tranzit dəhlizinin də önəmindən danışıb: "Naxçıvan tranzit dəhlizinin açılması ilə Azərbaycan Türkiyə və Rusiya arasında güclü strateji əməkdaşlıq üçün platformaya çevrildi. Bununla da həm Azərbaycan birbaşa Türkiyəyə çıxış əldə edəcək, həm də Rusiya. Lakin formatın necə olacağı haqqında heç bir məlumatım yoxdur".

Şevçenko bildirib ki, Paşinyan da hakimiyyətdən asanlıqla getməyəcək: "Gözlədiyim kimi, Paşinyan Ermənistana kömək etmədiyi üçün həm Moskvanı, həm də KTMT-ni günahlandırır. Həm də iki il ərzində bütün strukturu dəyişdiyi üçün hamısı ona tabedir. Bununla yanaşı, Qafqazdakı ən böyük Amerika səfirliyi də oradadır deyə, Paşinyan rahatlıqla iqtidardan getməyəcək".

Anara Mikail

Gündəm