Türk Şurası Xocalı soyqırımı ilə əlaqədar bəyanat yaydı
25.02.2020 14:50 Qarabağ Azərbaycandır

Türk Şurası Xocalı soyqırımı ilə əlaqədar bəyanat yaydı

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bunu təşkilatın sədri Bağdad Amreyev deyib.

Onun sözlərinə görə, Türk Şurası Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.

Bəyanatda Xocalı soyqırımı barədə məlumat yer alıb. Həmçinin Şuranın Azərbaycanla həmrəy olduğunu vurğulanıb: “Xocalıda 28 il öncə törədilən qətliamın anıldığı bu günlərdə Türk Şurası olaraq azərbaycanlı qardaşlarımızın acılarını ən dərin şəkildə hiss edir və bölüşürük. Bundan başqa, dünya çapında yürüdülən “Xocalıya Ədalət” kampaniyasında Azərbaycan hökuməti ilə çiyin-çiyinə olduğumuzu bildirmək istəyirik”.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm