Türkiyədə son sutkada koronavirusdan 95 nəfər həyatını itirib
27.04.2020 19:42 Dünya

Türkiyədə son sutkada koronavirusdan 95 nəfər həyatını itirib

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 95 nəfər ölüb.

"MediaPost"un xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində yazıb.

Nazir qeyd edib ki, son 24 saatda 20143 şübhəli koronavirus testindən keçib, onlardan 2131-nin cavabı pozitiv çıxıb.

Türkiyədə koronavirusdan indiyədək 2900 nəfər ölüb, 112 261 nəfər bu infeksiyaya yoluxub, 33791 nəfəri isə müalicə olunub.

Nazir "Twitter" səhifəsində, həmçinin, oruc tutan müsəlmanlara insanların çox toplaşdığı iftar süfrələrindən uzaq durmağı tövsiyə edib.

Xəbərlər departamenti

Gündəm