Türkiyə 5,1 bal gücündə zəlzələ baş verib
20.09.2020 23:39 Dünya

Türkiyə 5,1 bal gücündə zəlzələ baş verib

Türkiyənin Niğde vilayətində Rixter cədvəli üzrə 5,1 bal gücündə zəlzələ baş verib.

"MediaPost" xəbər verir ki, məlumatı Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.

Bildirilir ki, episentri Bor rayonunda 6,97 kilometr dərinlikdə olan yeraltı təkanlar Türkiyə vaxtı ilə saat 22:08-də qeydə alınıb. Yeraltı təkanlar ətraf bölgələrdə də hiss olunub.

Hələlik zəlzələnin fəsadları barədə dəqiq məlumat yoxdur.

Xəbərlər departamenti

Gündəm