"Türkiyə-ABŞ münasibətlərində qaranlıq bir səhifə açıldı" - ŞƏRH
13.12.2019 13:18 Fikirlər

"Türkiyə-ABŞ münasibətlərində qaranlıq bir səhifə açıldı" - ŞƏRH

ABŞ Senatı 1915-ci il hadisələrini “erməni soyqırımı” olaraq xarakterizə edən qanun layihəsini qəbul edib.

Dördüncü dəfə səsə qoyulan layihə yekdilliklə qəbul olunub. Bu layihə daha əvvəl Nümayəndələr Palatasında 11 səsə 405 səslə qəbul olunsa da, Senat tərəfindən üç dəfə ləğv edilib. Bu dəfə isə təsdiqlənib.

Məsələyə münasibət bildirən politoloq Nəzakət Məmmədova Mediapost.az-a bildirib ki, indiyə qədər bir sıra ölkələrin parlamentləri uydurma soyqırım haqda qanun qəbul ediblər:

“ABŞ və digər ölkələrdəki erməni diasporaları onillərdir ki, bu sahədə çox güclü iş aparır və istəklərinə müəyyən qədər nail olurlar. Ermənilər son nəticədə beynəlxalq səviyyədə buna nail olmaq, Türkiyədən təzminat və bir sıra imtiyazlar qoparmaq istəyirlər. Necə ki, yəhudilər Almaniyadan bu cür güzəştlər qopara biliblər”.

Türkiyə-ABŞ münasibətlərində bu hadisə yeni, amma qaranlıq bir səhifə açdı

Politoloq qeyd edib ki, bundan sonra qətnamə ABŞ prezidenti tərəfindən veto qoyulmayaraq imzalanarsa, qanun hökmünü alması mümkündür:

Türkiyə-ABŞ münasibətlərində qaranlıq bir səhifə açıldı

“Lakin ABŞ prezidentinin veto haqqı olsa da, Konqresin hər iki qanadının 2/3 səs çoxluğu ilə (super-majority) qəbul etdiyi qətnamələrin vetoya məruz qalmadan prezidentin vetosunu puç edən (veto-proof) qanun hökmü alması imkanları mövcuddur. Bu səbəbdən, 435 üzvü olan Nümayəndələr Palatasında minimum 290 səs, 100 nəfərlik Senatda isə ən əzı 67 səs alan qanun layihələri “super çoxluq”la qəbul edilmiş qərarlar proseduruna uyğun olaraq, prezidentin masasına getsə də, veto-proof kateqoriyasındandır. Prezident 10 gün ərzində onu imzalayaraq, qanuni qüvvəyə mindirməli, ya da veto qoymalıdır. Əgər prezident 2/3 səs çoxluğu ilə qəbul edilmiş qanun layihələrinə veto qoyarsa, Konqres yenidən toplanır və layihə yenidən səsə qoyulur. Əgər bu dəfə də 2/3 səs çoxluğu ilə qəbul edilərsə, bu zaman prezidentin imzasına ehtiyac qalmır və qətnamə qanuni qüvvəyə minmiş sayılır”.

Nəzakət Məmmədova əlavə edib ki, hazırkı saxta iddianın qəbul edilməsinin əsas səbəbi, təbii ki, Türkiyənin ABŞ-ın Suriya planlarını pozmasıdır:

“Saxta erməni soyqırımı iddiaları ilə bağlı Konqresin Nümayəndələr Palatasında 1975 və 1984-cü illərdə də oxşar qanun layihələri qəbul edilmiş, ancaq Senat tərəfindən təsdiqlənməmişdi, bu dəfə isə vəziyyət tamamilə yeni istiqamətə yönəldi. Bu hadisə şübhəsiz, ABŞ-Türkiyə münasibətlərinə ciddi təsir göstərəcək. ABŞ-ın 50 ştatından 49-u saxta “soyqırımı” iddialarını tanıyıb, Konqresin qəbul etməsinin qarşısını isə bir qayda olaraq, Ağ Ev alıb. Ankaraya qarşı sanksiyaların tətbiq ediləcəyi təqdirdə nəinki ABŞ, digər ölkələrin də Türkiyəyə silah satması qadağan olunacaq. Türkiyə - ABŞ münasibətlərində bu hadisə yeni, amma qaranlıq bir səhifə açdı”.

Türkiyə-ABŞ münasibətlərində bu hadisə yeni, amma qaranlıq bir səhifə açdı

Mövzu ilə bağlı Mediapost.az-a açıqlama verən politoloq Ramiyə Məmmədova bildirib ki, ABŞ tərəfi tez-tez belə kampaniyalar təşkil edib, lakin Türkiyə ilə bağlı maraqları olduğu üçün bu məsələ hər dəfə ikinci plana keçirdi:

Türkiyə-ABŞ münasibətlərində qaranlıq bir səhifə açıldı

“Son illərdə S-400-lərin alınması, Ərdoğanla Tramp ondan qabaq isə Obama ilə bağlı yaranan narazılıqlar, Rusiya Türkiyə yaxınlaşması ABŞ-la Türkiyə arasında gərginliyi pik həddə çatdırıb. Ona görə də nəticə gözlənilən formada oldu. Bilirsiniz ki, erməni lobbisi ABŞ-da böyük rıçaqlara sahibdir və bundan da məharətli istifadə edir. Onlar hər zaman qondarma erməni soyqırımının tanınması üçün aktiv fəaliyyət göstəriblər, ABŞ Senatı da “soyqırım”ın tanınmasının tərəfdarı olub. Tramp isə Türkiyədə maraqları olduğu üçün bu məsələni yubadıb. Lakin son zamanlar Rusiya və Türkiyənin yaxınlaşması, Suriya məsələsində ortaq maraqlarının olması ABŞ-ı daha çox narahat etməyə başlayıb. Nəticədə ABŞ Senatı “soyqırım”ı tanıdığını elan etdi”.

Politoloq bu cür addımlarla ABŞ-ın Türkiyəni itirəcəyini söyləyib: “Rusiya hazırda var gücü ilə çalışır ki, Türkiyə NATO-dan ayrılsın. Amerika da bunu çox yaxşı başa düşür. Ona görə də hərəkətə keçib, soyqırımın tanınması da Amerikanın yeni addımlarından biridir. Bununla Türkiyəni cəzalandırdığını düşünür. Bu məsələdən sonra ABŞ-Türkiyə münasibətləri yenidən gərginləşəcək. Vəziyyətin bu yerə gəlməsində Türkiyənin də böyük günahı var, çünki onların lobbiçilik fəaliyyəti çox zəifdir. Onların diasporunun fəaliyyətsizliyidir ki, bu gün soyqırımı Senat tanıyıb”.

Xəbərlər departamenti

Gündəm