Türkiyə “Bahar qalxanı” əməliyyatına başlayıb
01.03.2020 11:19 Dünya

Türkiyə “Bahar qalxanı” əməliyyatına başlayıb

"MediaPost" xəbər verir ki, bunu bu gün Türkiyə Müdafiə naziri Hulisi Akar bəyan edib.

H. Akar fevralın 27-dən ötən dövr ərzində İdlibdə Suriya rejiminə məxsus 1 pilotsuz uçuş aparatı, 8 vertolyot, 103 tank, 72 top, 3 hava hücumundan müdafiə sistemi, 2 min 212 hərbçinin məhv edildiyini bildirib: “İdlibdə Rusiya ilə qarşı-qarşıya gəlmək kimi bir niyyət və məqsədimiz yoxdur".

Türkiyə rəsmisi qaçqın axınının qarşısını almaq niyyəti ilə əməliyyata başladıqlarını söyləyib.

O bildirib ki, Rusiyadan Suriya hökumətinin hücumlarının dayandırılmasında nüfuzundan istifadə etməsini gözləyir.



Xəbərlər departamenti

Gündəm