Türkiyə Hərbi Hava Qüvvələri Gəncəyə gəlib - <span>VİDEO</span>
30.07.2020 12:50 Hərbi Siyasət

Türkiyə Hərbi Hava Qüvvələri Gəncəyə gəlib - VİDEO

"TurAz Qartalı-2020” birgə taktiki-uçuş təlimlərində iştirak etmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) geniş tərkibdə uçuş və mühəndis-texniki heyəti Gəncə şəhərinə gəlib.

Müdafiə Nazirliyindən "MediaPost"a verilən məlumata görə, təlimlərə hazırlıq məqsədilə hazırda heyətlərin yerləşdirilməsi, təlimin planlaşdırılması və digər təşkilati məsələlərlə əlaqədar müvafiq tədbirlər həyata keçirilir.

Məleykə Ağasoy

Gündəm