Türkiyə Mərkəzi Bankının rəhbəri dəyişdi
07.11.2020 09:16 Maliyyə

Türkiyə Mərkəzi Bankının rəhbəri dəyişdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarı ilə Türkiyə Mərkəzi Bankının (TMB) başçısı Murat Uysalı istefaya göndərilib. Onun yerinə daha əvvəl Prezidenti Administrasiyasında idarə rəhbəri, həmçinin keçmiş maliyyə naziri Naci Ağbal təyin olunub. 

"MediaPost" xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. 

Məlumatda deyilir ki, TMB-nin rəhbəri Murat Uysal, qanunvericiliyə uyğun olaraq, tutduğu vəzifədən azad olunur.
Qeyd edək ki, TMB-nin rəhbərinin dəyişməsinin səbəbi türk lirəsinin son günlər sürətlə dəyərdən düşməsidir.  Belə ki, noyabr ayının 6-da türk lirəsi dollar qarşısında 8,58 lirəyə düşüb. Avro isə 10 lirə səddini keçərək 10,2 lirə təşkil edib.

 

Rahim Tarıverdiyev

Gündəm