Türkiyə Müdafiə Nazirliyi Azərbaycana başsağlığı verdi
21.09.2020 23:07 Xarici siyasət

Türkiyə Müdafiə Nazirliyi Azərbaycana başsağlığı verdi

"Ermənistan atəşlə oynamağı dərhal kəsməlidir!"

"MediaPost"un xəbərinə görə, Türkiyə Müdafiə Nazirliyinin rəsmi "Twitter" səhifəsindən paylaşılan açıqlamada belə yazılıb.

Qeyd olunub ki, Dağlıq Qarabağı haqsız işğal edən Ermənistan indi də Tovuz bölgəsindəki atəşkəs şərtlərini pozub: "Ermənistan bir qəhrəman Azərbaycan əsgərimizi şəhid edib. Şəhidimizə Allahdan rəhmət diləyirik, bütün azərbaycanlı qardaşlarımıza başsağlığı veririk".

Xəbərlər departamenti

Gündəm