Türkiyə parlamentində İdlib toplantısı - 10 il gizli saxlanılacaq
03.03.2020 15:11 Xarici siyasət

Türkiyə parlamentində İdlib toplantısı - 10 il gizli saxlanılacaq

“MediaPost”un xəbərinə görə, bu barədəTürkiyə mediası məlumat yayıb.

Mətbuata qapalı keçən görüşdə Türkiyə müdafiə naziri Hulusi Akar, xarici işlər naziri Mövlud Çavuşoğlu millət vəkilləri qarşısında təqdimat keçiriblər.

Təqdimatın İdlibdəki hücumlarla bağlı olduğu bildirilib.

Türkiyə qanunvericiliyinə görə qapalı keçirilən TBMM iclasındakı protokollar dövlət sirri hesab edildiyi üçün 10 il boyunca möhürlü zərflərdə gizli saxlanılmalıdır. Sözügedən iclasda müzakirə edilən məsələləri açıqlayan şəxslər ömürlük həbs edilə bilər.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm