Türkiyə prezidenti Azərbaycana rəsmi səfərə yola düşüb
Dövlət başçısı səfərə yola düşməzdən əvvəl Ankaranın Esenboğa hava limanında mətbuat konfransı keçirib.
"MediaPost" xəbər verir ki, R.T.Ərdoğan Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 8-ci iclasında iştirak edəcək.
İclasda iki ölkə arasındakı əlaqələrə mühüm töhfə verəcək bəzi saziş və razılaşma sənədlərinin imzalanacağı da bildirilir.
"MediaPost"