Türkiyə Prezidenti: “TANAP ölkələrimiz arasındakı köklü dostluğun simvoludur”
30.11.2019 12:42 Siyasət

Türkiyə Prezidenti: “TANAP ölkələrimiz arasındakı köklü dostluğun simvoludur”

TANAP hər şeydən əvvəl ölkələrimiz arasındakı köklü dostluğun simvoludur.

“Report” xəbər verir ki, bunu Türkiyənin Edirnə şəhərinin İpsala qəsəbəsində keçirilən TANAP-ın II hissəsinin açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O qeyd edib ki, layihə plana uyğun həyata keçirilib: “TANAP-la ildə 16 mlrd. kubmetr Azərbaycan təbii qazının Türkiyə və Avropanın istifadəsinə təqdim edilməsi xəyaldan çıxıb reallığa çevrilib. Ölkələrimiz və bölgəmiz üçün tarixi bir andır. TANAP regional sülh layihəsidir”.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm