Türkiyə məsələnin kökündədir - Akar Qarabağdan DANIŞDI
12.11.2020 22:14 Qarabağ Azərbaycandır

Türkiyə məsələnin kökündədir - Akar Qarabağdan DANIŞDI

“Türkiyə Qarabağ razılaşmasında həm masada, həm də döyüş meydanındadır. 

"MediaPost" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib.

"Sabah Rusiyadan geniş tərkibdə heyət gələcək. Taktiki və texniki olaraq, kim harada dayanacaq, kim nə edəcək məsələlərini müzakirə edəcəyik. Türkiyə Qarabağda hardadır? Türkiyə məsələnin kökündədir. Həm masada, həm meydanda. Qarabağda hansısa “oldu-bitdi” söhbəti yoxdur. Nəticədə nə istəyirik: atəşkəsin qalıcı olmasını, sülhün təmin edilməsini və sərhədlərin müəyyən olunmasını"-deyə, o qeyd edib.

 

Xəbərlər şöbəsi

Gündəm