Türkiyə Super Liqası: “Fənərbaxça” böyük hesabla qələbə qazanıb
25.01.2021 23:36 Futbol

Türkiyə Super Liqası: “Fənərbaxça” böyük hesabla qələbə qazanıb

Türkiyə Super Liqasında XXI tura yekun vurulub.

"MediaPost" xəbər verir ki, son gündə 3 oyun keçirilib.

Təhlükəli zonadan uzaqlaşmağa çalışan “Kasımpaşa” ilə “Sivasspor”un duelindən birincilər qalib ayrılıb.

“Alanyaspor” - “Ankaragücü” görüşü bol qollu alınıb. Qonaqlar iki top fərqi ilə önə keçsə də, Alanya təmsilçisi əzmkar qələbəyə sevinib.

Çempionluğa iddia edən “Fənərbaxça” doğma arenasında autsayderlərdən olan “Kayserispor”u böyük hesabla məğlub edib.

Xəbərlər şöbəsi

Gündəm