Türkiyə Superliqası bu tarixdə bərpa oluna bilər
24.04.2020 20:01 Futbol

Türkiyə Superliqası bu tarixdə bərpa oluna bilər

"MediaPost" türk mediasına istinadən xəbər verir ki, bunu Klublar Komitəsinin (KK) sədri Mehmet Sepil bu gün gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu, Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdemir və yerli komandaların rəhbərliyinin iştirakı ilə keçirilən videokonfransda müzakirə olunan məsələlər barədə danışarkən bildirib.

Onun sözlərinə görə, liqalar və kubok matçlarının startı üçün ehtimal olunan tarixlər 11, 12 və ya 13 iyundur. KK rəhbəri yarışları iyulun 26-dək başa çatdırmaq istədiklərini söyləyib. M.Sepil qarşılaşmaların azarkeşsiz keçirilə biləcəyini də istisna etməyib.


Xəbərlər departamenti

Gündəm