Türkiyə Van zəlzələsində 20 katrilyon xərcləyib
01.02.2020 06:54 Xarici siyasət

Türkiyə Van zəlzələsində 20 katrilyon xərcləyib

“MediaPost”un xəbərinə görə bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib.

Türkiyə prezidenti CHP sədri Kamal Kılıçdaroğlunun zəlzələ vergilərinin hara xərclənməsi ilə bağlı sualına münasibət bildirib:

“Soruşdulqarı zəlzələ vergiləri 2003-2019-cu illər arasındakı cəmi cari qiymətlərlə 66 milyard lirə, 2019-un qiymətləri ilə 147 milyard lirədir. Bu günə qədər zəlzələlərdə xərclənən pul isə bu rəqəmlərin 5 qatıdır. Biz Van zəlzələsində köhnə pulla 20 katrilyon lirə xərcləmişik”.

R.T.Ərdoğan 1999-cu il zəlzələsindən sonra meydana gələn dağıntıların zərərlərini qarşılamaq üçün 103 milyard dollar investisiya qoyduqlarını deyib.

Billurə Yunus / “MediaPost”

Xəbərlər departamenti

Gündəm