Türkiyə və Liviya hərbçiləri birgə sualtı müdafiə təlimləri keçirirlər
11.04.2021 21:25 Dünya

Türkiyə və Liviya hərbçiləri birgə sualtı müdafiə təlimləri keçirirlər

Türkiyə Silahlı Qüvvələri Liviya Ordusunun Hərbi Dəniz Qüvvələrinin heyətində sualtı müdafiə təlimlərinə start verib.

"MediaPost"un məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.

Nazirliyin tvitter hesabındakı paylaşımda qeyd edilir ki, bu, Liviya ordusuna dəstək xarakteri daşıyır: "Beş yüz illik ortaq tarixə söykənən çoxyönlü münasibətlərimizin olduğu liviyalı qardaşlarımıza dəstək üçün Liviya Ordusuna keçirdiyimiz təlimlər davam etməkdədir".

Xəbərlər şöbəsi

Gündəm