Türkiyə və Rusiya heyətləri arasında görüş başa çatıb
14.11.2020 14:45 Qarabağ Azərbaycandır

Türkiyə və Rusiya heyətləri arasında görüş başa çatıb

Türkiyə və Rusiya hərbi nümayəndə heyətləri arasında Milli Müdafiə Nazirliyindəki (MSB) texniki görüşlərin başa çatdığı bildirilib.

"MediaPost" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən açıqlama verilib.

Bildirilir ki, Türkiyə və Rusiya hərbi heyətləri arasında Qarabağda atəşkəsdən sonra görüləcək işlər və Suriyadakı vəziyyəti müzakirə etmək üçün texniki görüşlər keçirilib.

Açıqlamada "danışıqların yaxın günlərdə davam etdirilməsi planlaşdırılır", deyə qeyd edilib.

Xəbərlər şöbəsi

Gündəm