Türkiyədə 70 yaşlı iflic şəxs zəlzələ qorxusundan yeriməyə başladı
08.02.2020 12:42 Dünya

Türkiyədə 70 yaşlı iflic şəxs zəlzələ qorxusundan yeriməyə başladı

“MediaPost” Türkiyə mətbuatına istinadla xəbər verir ki, Elazığda yaşayan və 3 il əvvəl qurşaqdan aşağı iflic olan 70 yaşlı K.Gül qorxudan ayaqlarının açıldığını deyib.

Yaşlı vətəndaş hadisə zamanı qızlarına çıxıb getməyi tapşırdığını, lakin zəlzələ şiddətləndikdən sonra qorxaraq özünün də ayağa qalxaraq evdən çıxdığını bildirib.

Xatırladaq ki, 24 yanvarda Türkiyənin Elazığ şəhərində 6.8 ballıq zəlzələ baş verib.

Xəbərlər departamenti

Gündəm