Türkiyədə bu gün 283 nəfər COVID-19-dan həyatını itirib
09.05.2021 23:41 Dünya

Türkiyədə bu gün 283 nəfər COVID-19-dan həyatını itirib

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 283 nəfər həyatını itirib.

"MediaPost"un xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 197 468 nəfər test edilib, onlardan 15 191-nin koronavirus testi pozitiv nəticə verib, 25 694 nəfər sağalıb, 3 081 koronaviruslu xəstənin isə vəziyyəti ağırdır.

Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 43 029 nəfər ölüb.

Türkiyədə indiyədək 5 031 332 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 4 716 918 nəfəri müalicə olunaraq evə buraxılıb.

Xəbərlər şöbəsi

Gündəm