Türkiyədə bu gün 92 nəfər koronavirusdan vəfat edib
14.11.2020 21:10 Dünya

Türkiyədə bu gün 92 nəfər koronavirusdan vəfat edib

Bu gün Türkiyədə koronavirusa yoluxanların sayı 3 min 116 nəfər təşkil edib.

“MediaPost” xəbər verir ki, 2 min 298 nəfərin isə vəziyyəti yaxşılaşdığı üçün xəstəxanadan evə buraxılıb. Bu gün dünyasını dəyişənlərin sayı 92 nəfər olub.

Qeyd edək ki, hazırda Türkiyədəki aktiv xəstə sayı 411 min nəfərdən çoxdur. Ölkədə indiyədək ümumilikdə 760 mindən çox şəxs “Covid-19”a yoluxub. Onlardan 351 min 102 nəfər sağalıb, 11 min 418 nəfər isə vəfat edib.

Xəbərlər şöbəsi

Gündəm