Türkiyədə COVID - 19 infeksiyasından ölənlərin sayı artıb
14.04.2020 21:52 Dünya

Türkiyədə COVID - 19 infeksiyasından ölənlərin sayı artıb

Türkiyədə yenı növ koronovirusdan (COVID-19) bu gün daha 107 nəfər ölüb.

"MediaPost"un xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

Nazir deyib ki, son 24 saatda 33 070 şübhəli koronavirus testindən keçib, onlardan 4062-nin cavabı pozitiv çıxıb.

Qeyd edək ki, Türkiyədə yeni növ koronavirusdan indiyədək 1403 nəfər ölüb, 65 111 nəfər bu infeksiyaya yoluxub. Onlardan 1809 nəfəri reanimasiyadadır, 4799 nəfərin isə müalicəsi müsbət nəticə verib. Müalicə olunan 842 xəstə bu gün evə buraxılıb.

F.Qoca, həmçinin Türkiyədə indiyə qədər 443 626 nəfərin testdən keçdiyini qeyd edib.


Xəbərlər departamenti

Gündəm