Türkiyədə daha 109 nəfər koronavirusdan ölüb - FOTO
24.04.2020 18:29 Dünya

Türkiyədə daha 109 nəfər koronavirusdan ölüb - FOTO

"MediaPost" xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca şəxsi "Twitter"hesabında qeyd edib. O bildirib ki, Türkiyədə koronavirusdan ölənlərin ümumi sayı 2 600 nəfərə çatıb.

Nazir həmçinin daha 3 122 nəfərə koronavirus diaqnozu qoyulduğunu və beləliklə, infeksiya daşıyıcılarının sayının 104 912-yə yüksəldiyini bildirib.

F.Koca Türkiyədə indiyədək 21 737 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxıldığını da vurğulayıb.

Türkiyədə daha 109 nəfər koronavirusdan ölüb - FOTO



Xəbərlər departamenti

Gündəm