Türkiyədə daha üç terrorçu təhlükəsizlik qüvvələrinə təslim oldu
20.09.2020 00:00 Dünya

Türkiyədə daha üç terrorçu təhlükəsizlik qüvvələrinə təslim oldu

Türkiyədə daha üç terrorçu təhlükəsizlik qüvvələrinə təslim olub.

"MediaPost" xəbər verir ki, məlumatı Türkiyə Daxili İşlər Nazirliyi yayıb.

Bildirilir ki, təxminən 5-6 il əvvəl terror təşkilatlarına qoşulduqları ehtimal edilən daha üç terrorçu Mardin və Şırnakda təhlükəsizlik qüvvələrinə təslim olub. Bununla da bu il təbliğat yolu ilə təslim olan terrorçuların sayı 157 nəfərə çatıb.

Xəbərlər departamenti

Gündəm