Türkiyədə deputat zəlzələ nəticəsində həyatını itirdi
Türkiyə Böyük Millət Məclisinin Adıyamandan seçilən hakim Ədalət və İnkişaf Partiyasının deputatı Yakup Taş zəlzələ nəticəsində həlak olub.
MediaPost xəbər verir ki, onun cansız bədəni dağıntıların altından tapılıb.
Məlumata görə, onun ailə üzvləri də dağıntıların altında qalıb. Onların taleyi ilə bağlı hələlik məlumat yoxdur.
Qeyd edək ki, Y.Taş 1959-cu ildə anadan olub. Evlidir, 6 övladı var.