Ərdoğanın çıxışından sonra dollar 8 TL-dən aşağı düşdü
12.11.2020 09:45 Maliyyə

Ərdoğanın çıxışından sonra dollar 8 TL-dən aşağı düşdü

Ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın AK Partiyanın qrup toplantısında iqtisadiyyatda yeni dövr olacağı ilə bağlı verdiyi mesajlar türk lirəsini xeyli bahalaşdırıb.

"MediaPost" xəbər verir ki, dollar 8 TL psixoloji baryerindən aşağı düşüb. Hazırkda 1 dollar 7,83 TL-yə bərabərdir. Dollarla yanaşı, avro da ucuzlaşaraq  9,23 TL təşkil edib. 

Qeyd edək ki, R.T.Ərdoğan çıxışında iqtisadiyyatda islahatlar nəticəsində infilyasiyanın ən qısa zamanda tək rəqəmli olacağını deyib. Bununla yanaşı, o, vətəndaşları bank əmanətlərində TL-yə üstünlük verməyə çağırıb. 

 

 

Rahim Tarıverdiyev

Gündəm