Türkiyədə illik inflyasiya 57%-ə enib
03.02.2023 12:10 Maliyyə

Türkiyədə illik inflyasiya 57%-ə enib

Bu ilin yanvar ayında Türkiyədə aylıq inflyasiya 6,65 %, illik inflyasiya isə 57,68 % təşkil edib.

MediaPost xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı (TÜİK) məlumat yayıb.

Bunlar proqnozlardan müvafiq olaraq 2,95 faiz bəndi və 4,48 faiz bəndi çoxdur.

Xatırladaq ki, 2022-ci ilin dekabr ayında inflyasiya illik 64,27 %, aylıq isə 1,18 % olub.

Xəbərlər departamenti

Gündəm