Türkiyədə koronavirus 87 can aldı
11.11.2020 00:20 Dünya

Türkiyədə koronavirus 87 can aldı

Türkiyədə son sutka ərzində koronavirusdan 87 nəfər dünyasını dəyişib, 2 529 nəfər isə virusa yoluxub.

"MediaPost"  xəbər verir ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 11 059-a, yoluxanların sayı isə 399 360-a çatıb. Ağır xəstələrin sayı 3001 nəfər təşkil edir.

Ümumilikdə 15 milyondan çox (15.419,420) insan test olunub.

Xəbərlər şöbəsi

Gündəm