Türkiyədə koronavirus bəhanəsiylə qız qaçırtdılar
29.04.2020 12:55 Dünya

Türkiyədə koronavirus bəhanəsiylə qız qaçırtdılar

Türkiyədə maraqlı qız qaçırtma hadisəsi baş verib.

“MediaPost” Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbulda koronavirus epidemiyasını fürsət bilən H.A keçmiş sevgilisini koronavirus testi bəhanəsiylə qaçırıb.

Əvvəlcə saxta nömrə nişanlı təcili tibbi yardım və saxta qoruyucu geyim təşkil edən H.A keçmiş sevgilisi 24 yaşlı E.B-nın evinə gedib. Qapını qızın əmisi açıb. Geyimlərlə tanınmaz halda olan şəxs E.B-nın əmisinə koronavirus bəhanəsi gətirib:

“Qardaşınız qızının sevgilsi koronavirusa yoluxub, test üçün qızı da xəstəxanaya aparmalıyıq”.

Qız yolda gedərkən “həkim”in əslində, keçmiş sevgilisi olduğunu öyrəndikdən sonra onunla dalaşıb və avtomobildən düşərək qaçıb.

H.A-nın sevgilisi ilə bir müddət əvvəl ayrıldıqları, qızın onu polisə verdiyi üzə çıxıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər departamenti

Gündəm