Türkiyədə koronavirusa yoluxanların sayı 240 min nəfəri ötdü
09.08.2020 20:08 Gündəm Dünya

Türkiyədə koronavirusa yoluxanların sayı 240 min nəfəri ötdü

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 15 nəfər ölüb.

“MediaPost”un xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb. 

Nazir bildirib ki, son 24 saatda 61 446 şübhəli koronavirus testindən keçib, onlardan 1182-nin  cavabı pozitiv çıxıb, ağır xəstə sayı 596 nəfər olub, 1103    xəstə isə sağalaraq evə buraxılıb.

Türkiyədə ümumilikdə 240 804 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 5844 nəfər ölüb.

Türkiyədə son sutkada 15 nəfər koronavirusdan ölüb

 

Xəbərlər şöbəsi

Gündəm