Türkiyədə koronavirusdan 84 nəfər həyatını itirdi
Türkiyədə son sutka ərzində koronavirusdan 84 nəfər dünyasını dəyişib, 2 516 nəfər isə virusa yoluxub.
"MediaPost" xəbər verir ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 10 887-ə, yoluxanların sayı isə 395 255-a çatıb. Ağır xəstələrin sayı 2 740 nəfər təşkil edir.
Ümumilikdə 15 milyondan çox (15.127, 811) insan test olunub.