Türkiyədə koronavirusdan daha 346 nəfər vəfat edib
20.04.2021 22:30 Dünya

Türkiyədə koronavirusdan daha 346 nəfər vəfat edib

Son 24 saat ərzində Türkiyədə koronavirusdan 346 nəfər vəfat edib.

"MediaPost" ölkənin Səhiyyə Nazirliyinə istinadən bildirir ki, aprelin 20-də yoxlanış məqsədilə götürülən 322 128 testdən 61 028-i müsbət çıxıb.

Sutka ərzində 55 592 nəfərin sağalması və ya karantin müddətinin bitməsi ilə bugünədək virusdan sağalanların ümumi sayı 3 792 129 nəfərə yüksəlib.

Qeyd olunur ki, hazırda Türkiyə xəstəxanalarında COVİD-19 diaqnozu ilə yatan ağır xəstələrin sayı 3375 nəfərdir.

Xəbərlər şöbəsi

Gündəm