Türkiyədə koronavirusdan  ölənlərin sayı 2259-a çatıb - FOTO
21.04.2020 18:36 Dünya

Türkiyədə koronavirusdan ölənlərin sayı 2259-a çatıb - FOTO

Türkiyədə koronavirusdan (COVID-19) bu gün 119 nəfər vəfat edib.

"MediaPost" türk mediasına istinadən xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca şəxsi "Twitter" hesabında bildirib.

Nazir qeyd edib ki, son 24 saatda 39429 nəfər şübhəli müayinə olunub, test nəticələrinə görə, onlardan 4611-i koronavirus infeksiyasına yoluxub.

Türkiyədə koronavirusdan indiyədək 2259 nəfər ölüb, 95591 nəfər bu infeksiyaya yoluxub. Onlardan 1865 nəfəri reanimasiyadadır, 14918 nəfərin isə müalicəsi müsbət nəticə verib.

Müalicə olunan 1488 xəstə bu gün evə buraxılıb.

Türkiyədə indiyə qədər ümumilikdə 713409 nəfər testdən keçib.

Xəbərlər departamenti

Gündəm